Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəmkirdə ölümlə nəticələnən ağır qəza - İtkin düşən var + Yenilənib
 
						Şəmkirdə ölümlə nəticələnən ağır qəza 
							 - İtkin düşən var + Yenilənib
Əlavə olunub: 05.04.2024 | 21:01 | Baxılıb: 4329
Şəmkirdə ölümlə nəticələnən ağır qəza baş verib.

“sirin.az"in məlumatına görə, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı 1 nəfər ölüb, 1 nəfər itkin düşüb, 2 nəfər isə xəsarət alıb. Hadisə yerinə FHN-nin xilasediciləri və təcili tibbi yardım birqadalarının əməkdaşları cəlb olunub. 

***

Şəmkirdə ağır yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.

Belə ki, 2007-ci il təvəllüdlü İlkin Rzayev vəfat edib. 1986-cı il təvəllüdlü Həbib Rzayev, 1995-ci il təvəllüdlü Məhəmməd Həsənov, 2021- ci il təvəllüdlü Sədaqət Həsənova və 1987-ci il təvəllüdlü Salahov Samir isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.