Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
 
						Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
Əlavə olunub: 05.07.2024 | 17:19 | Baxılıb: 2135
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb.

“sirin.az” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Tədbirlər çərçivəsində “Polsan Anka” MMC-nin Ukraynadan idxal etdiyi “Business Meat Product LLC” şirkətinə məxsus 20 ton ət məhsulu partiyasından (dondurulmuş sümüksüz mal əti) Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Laborator müayinələr nəticəsində nümunələrdə infeksiya törədiciləri - “Pasteruella multocida” və “Stretococcus pneumonia” aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi Xidmətinə ixracın dayandırılmasına dair müraciət ünvanlanıb, görülən tədbirlər barədə Agentliyə məlumat verilməsi bildirilib.

Qeyd edək ki, bu hal istehsalçı şirkətdən Azərbaycana idxal olunan ərzaq məhsullarında aşkarlanmış təkrar uyğunsuzluqdur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.