Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu - Foto
 
						Hərbi Hava Qüvvələrinə yeni komandan təyin olundu 
							 - Foto
Əlavə olunub: 05.18.2024 | 11:31 | Baxılıb: 10083
Xəbər verdiyimiz kimi, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.

“sirin.az"in “Unikal”a istinadən məlumatına görə, Hərbi Hava Qüvvələrinə yeni komandan general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib.

Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.

Onu da qeyd edək ki, 9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Namiq İslamzadəyə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.