Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
33 yaşlı şəxsə əzab verdikləri anı çəkənlər həbs olundu
 
						33 yaşlı şəxsə əzab verdikləri anı çəkənlər həbs olundu
Əlavə olunub: 05.21.2025 | 13:40 | Baxılıb: 8827
Lənkəran rayonunda 33 yaşlı şəxsə əzab verməklə çəkiliş aparılması barədə məlumatlar yayılıb.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan “sirin.az”ya bildirilib ki, hadisə mart ayında şəxsi münasibətlər zəminində baş verib.

Həmin əməli törətməkdə şübhəli bilinən 39 və 34 yaşlı şəxslər müəyyən olunaraq saxlanılıblar.

Lənkəran Şəhər Rayon Polis Şöbəsində fakta görə Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə başlanan cinayət işi üzrə onlar şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb olunublar.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.