Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
38 yaşlı qadın bıçaqlandı, şübhəli qardaşıdır - Yenilənib
 
						38 yaşlı qadın bıçaqlandı, şübhəli qardaşıdır 
							 - Yenilənib
Əlavə olunub: 05.31.2025 | 09:19 | Baxılıb: 2009
Goranboyda 38 yaşlı qadın bıçaqlanıb.

“sirin.az"in məlumatına görə, qadın yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisədə G.Nəcəfovanın 32 yaşlı qardaşı S.Nəcəfov şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

***

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində G. Nəcəfovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 32 yaşlı Samir Nəcəfov saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

***

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, hazırda yaralının vəziyyəti orta ağırdır: “Bu gün saat 06:50 radələrində 1987-ci il təvəllüdlü qadın boğazın kəsilmiş yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Cərrahiyyə şöbəsində aparılır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.