Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
5 yaşlı uşaq “KamAz”ın altında qalıb öldü
 
						5 yaşlı uşaq “KamAz”ın altında qalıb öldü
Əlavə olunub: 06.16.2025 | 21:18 | Baxılıb: 3655
Zaqatalada 5 yaşlı uşaq “KamAz”ın altında qalaraq ölüb.

“sirin.az"in məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, Muxax kənd sakini 5 yaşlı Elman Məcid oğlu Sulxayev “KamAz” markalı maşının altında qalıb.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Sulxayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.