Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ-də oxumaq istəyənlərin nəzərinə! - Qaydalar sərtləşir
 
						ABŞ-də oxumaq istəyənlərin nəzərinə! 
							 - Qaydalar sərtləşir
Əlavə olunub: 05.28.2025 | 02:50 | Baxılıb: 2396
ABŞ Prezidenti Donald Trampın administrasiyası Amerikada təhsil almaq istəyən bütün beynəlxalq tələbələr üçün yeni tələb tətbiq etməyə hazırlaşır.

“sirin.az” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Qeyd olunub ki, Tramp administrasiyası Birləşmiş Ştatlarda təhsil almaq üçün müraciət edən bütün xarici tələbələrin sosial şəbəkələr üzrə yoxlanışdan keçməsini tələb edən yeni qaydanın tətbiqini nəzərdən keçirir.

Nəşrin məlumatına görə, yeni yoxlama formasına hazırlıq çərçivəsində administrasiya artıq ölkənin səfirliklərinə və konsulluqlarına yeni tələbə vizası müsahibələrinin vaxtını dayandırmağı əmr edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.