Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
ABŞ Suriyaya qarşı bütün sanksiyaları ləğv etdi
 
						ABŞ Suriyaya qarşı bütün sanksiyaları ləğv etdi
Əlavə olunub: 05.13.2025 | 23:02 | Baxılıb: 1592
ABŞ Suriyaya qarşı sanksiyaların ləğv edildiyini açıqlayıb.

“sirin.az” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

O bu qərarını türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla apardığı söhbətlərdən sonra aldığını vurğulayıb.

Tramp, həmçinin bildirib ki, ABŞ Dövlət katibi Marko Rubio cümə axşamı İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarında iştirak edəcək.

ABŞ lideri Rubionun gələn həftə Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə də görüşəcəyini açıqlayıb və bölgədəki diplomatik prosesin yeni mərhələyə qədəm qoyduğunu bəyan edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.