Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ağdamda müəllim bıçaqlandı - Şübhəli hərbçidir+Yenilənib
 
						Ağdamda müəllim bıçaqlandı 
							 - Şübhəli hərbçidir+Yenilənib
Əlavə olunub: 06.05.2025 | 19:01 | Baxılıb: 2388
Ağdamda orta məktəb müəllimi bıçaqlanıb.

“sirin.az"in məlumatına görə, hadisə ötən gün rayonun Zəngişalı kəndində baş verib. 

Kənd sakini Nərimanov Əsəd Gülmalı oğlu həmyerlisi Səfərov Vasif  tərəfindən avtomobildə mübahisə zəmnində bıçaqla vurulub.

Ə.Nərimanov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Müayinə zamanı məlum olub ki, Ə.Nərimanov qarın boşluğundan, omba hissəsindən, başından və əllərindən xəsarət alıb. İlkin tibbi yardım göstərilən yaralı paytaxta yerləşən xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, Əsəd Nərimanov Mahrızlı Rahib Məmmədov adına kənd tam orta məktəbində bədən tərbiyəsi üzrə müəllim işləyir. Hadisənin baş vermə səbəbi məlum deyil. 

Hadisəni törətməkdə şübhəli bilinən V.Səfərovun bıçaqladığı Əsəd Nərimanovun qardaşının qayını olduğu və hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “sirin.az”ya bildirilib ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən V.Səfərov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün istintaqa təqdim olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.