Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ağdərədə mülki şəxs minaya düşdü - Yenilənib
 
						Ağdərədə mülki şəxs minaya düşdü 
							 - Yenilənib
Əlavə olunub: 05.30.2025 | 19:24 | Baxılıb: 2449
Ağdərə ərazisində mülki şəxs minaya düşüb.

“sirin.az” xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində baş verib.

Belə ki, Tərtər Rayon Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara oturarkən minaya düşüb. Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.

***

1978-ci il təvəllüdlü şəxs Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun hadisə nəticəsində bir ayağını itirdiyi bildirilir.

***

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri hadisə ilə bağlı məlumat yayıb.

Qeyd olunub ki, Yuxarı Qaradağlı kənd sakini 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu keçmiş təmas xəttiində minalardan təmizlənməmiş Qızıloba kəndi ərazisində heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs sağ ayağın pəncə hissəsinin cırılmış dağılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.