Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ağır qəzada sürücülər yaralandı, meyvə-tərəvəz yola dağıldı - Fotolar
 
						Ağır qəzada sürücülər yaralandı, meyvə-tərəvəz yola dağıldı 
							 - Fotolar
Əlavə olunub: 05.13.2025 | 13:36 | Baxılıb: 2641
Bərdədə iki minik avtomobili toqquşub.

“sirin.az” xəbər verir ki, hadisə rayonun Şahvəlilər kəndi ərazisində baş verib.

Hərəkətdə olan “VAZ 2107” markalı 90 KG 413 dövlət qeydiyyatlı avtomobil qarşıdan gələn “VAZ 21015” markalı maşınla toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzaya düşən sürücülərdən birinin meyvə-tərəvəz satışı ilə məşğul olduğu bildirilir. Belə ki, qəza zamanı həmin şəxsin idarə etdiyi avtomobilin içərisində olan məhsullar yola dağılıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı







Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.