Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Arvadını döyüb xəstəxanalıq etdi, orada da dinc durmadı
 
						Arvadını döyüb xəstəxanalıq etdi, orada da dinc durmadı
Əlavə olunub: 05.14.2025 | 14:30 | Baxılıb: 2984
Goranboy Rayon Mərkəzi Xəstəxanasında ictimai asayişi pozan şəxs inzibati məsuliyyətə cəlb edilib.

“sirin.az” xəbər verir ki, mayın 10-u Goranboy rayon Veyisli qəsəbə sakini S.Hüseynova həyat yoldaşı, Kəlbəcər rayon sakini 33 yaşlı Habil Həsənov tərəfindən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya müraciət edib.

H. Həsənov daha sonra arvadının ardınca xəstəxanaya gedərək onunla yenidən münaqişə yaratmağa başlayıb. Bu zaman o, polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb. Barəsində inzibati protokol tərtib edilən H.Həsənov məhkəmənin qərarı ilə 200 manat cərimə edilib.

Qadının döyülməsi faktı ilə əlaqədar araşdırmalar isə davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.