“sirin.az” xəbər verir ki, bu barədə Xəzər TV-yə mağaza sahibləri bildiriblər.
Onların sözlərinə görə, aylardır işsizdirlər, evlərini banka girov qoyub pul götürərək satış üçün mal vurublar. Lakin vəziyyətlərinin necə olacağı ilə bağlı onlara nəsə deyilmir.
Əraziyə məsul şirkət olan icarədar müəssisənin direktoru da aqibətin necə olacağı ilə bağlı heç nə bilmədiyini bildirib. Şirkət rəsmisi prosesin rəsmi qaydada həyata keçirildiyini və Əmlak Məsələləri Dövlət Xidməti ilə rəsmi müqavilə əsasında fəaliyyət göstərdiklərini qeyd edib.
Rəsmi sənədə əsasən, keçidin ərazisi Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Lakin Yasamal RİH-dən Birliyin orada sadəcə təmizlik işlərinə cavabdeh olduğu, ərazinin qurumun balansında olmadığı açıqlanıb. Əmlak Məsələləri Dövlət Xidmətindən isə hazırda bu məsələnin araşdırıldığı bildirilib.
Daha ətraflı süjetdə: