Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda 2 qardaş bıçaqlandı - Yenilənib
 
						Bakıda 2 qardaş bıçaqlandı 
							 - Yenilənib
Əlavə olunub: 06.04.2025 | 09:51 | Baxılıb: 1584
Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

“sirin.az” xəbər verir ki, 1987-ci il təvəllüdlü Şahin Mehtiyev və qardaşı 1986-cı il təvəllüdlü Tofiqə bıçaqla bədən xəsarətləri yetirilib. Onlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Hadisənin 1989-cu il təvəllüdlü Amil Tağıvev tərəfindən dünən axşam saat 21 radələrində 28 May qəsəbəsi, Yeni Yaşayış massivində küçədə törədilməsi müəyyən edilib.

Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün 2 nəfər (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Yaralılardan birinin vəziyyəti stabil olduğu üçün zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.  

Digər yaralı 1987-ci il təvəllüdlü şəxs isə ağciyər yaralanması, daxili qanaxma diaqnozları ilə əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirlir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.