Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda daha bir uşaq faciəvi şəkildə öldü
 
						Bakıda daha bir uşaq faciəvi şəkildə öldü
Əlavə olunub: 06.16.2025 | 12:00 | Baxılıb: 3839
Paytaxtın Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisəsi baş verib.

“sirin.az” xəbər verir ki, hadisə iyunun 14-ü gecə saat 01 radələrində Təbriz küçəsi 55 ünvanında yerləşən 9 mərtəbəli binada qeydə alınıb. 

Həmin binanın 8-ci mərtəbəsindəki mənzildə yaşayan 2021-ci il təvəllüdlü Ayşə Samir qızı Süleymanova evin eyvanından yerə yıxılıb. Azyaşlı hadisə yerində vəfat edib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün öncə Nərimanov rayonunda 8 yaşlı oğlan uşağı da 8-ci mərtəbədən yıxılaraq həyatını itirmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.