Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda güclü külək ağacı qadının üstünə aşırıb xəstəxanalıq etdi
 
						Bakıda güclü külək ağacı qadının üstünə aşırıb xəstəxanalıq etdi
Əlavə olunub: 06.15.2025 | 19:28 | Baxılıb: 1613
Bakıda güclü küləyin təsiri nəticəsində qadının üstünə ağac aşıb.

“sirin.az” “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə Filarmoniya bağında qeydə alınıb.

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 13 radələrində Səbail rayonu ərazisindən bir nəfərin üzərinə ağac aşması hadisəsi səbəbi ilə çağırış daxil olub:

“Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub və hadisə yerində bir nəfərə (qadın cinsli) ilkin tibbi yardım göstərilib.

Qadın, sol bazunun travması diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.