Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq
 
						Bakıda iki maklerə cinayət işi açıldı 
							 - 155 minlik dələduzluq
Əlavə olunub: 05.07.2025 | 15:32 | Baxılıb: 3497
Binə qəsəbəsində sənədləri olmayan torpaqları vətəndaşlara sataraq dələduzluq edənlər saxlanılıb.

“sirin.az"in məlumatına görə, bununla bağlı Xəzər RPİ-nin əməkdaşları tərəfindən tədbirlər görülüb.

Belə ki, müvafiq sənədləri olmayan torpaq sahələrinin satışını həyata keçirən, eləcə də tikintiyə razılıq alacaqları vədi ilə insanların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törədən 46 yaşlı Zaman Babayev və 48 yaşlı Bərxudar Səmədov saxlanılıblar.

Onların qabaqcadan əlbir olaraq sənədləri olmayan torpaqları müxtəlif şəxslərə sataraq ümumulikdə zərərçəkənlərə 154 800 manat məbləğində maddi ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, Z.Babayev və B.Səmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onların qanununsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.