“sirin.az"in məlumatına görə, Etibar Bəkirli küçəsində qeydə alınan qəzada “Mercedes” markalı maşın dəmir hasara çırpılıb.
İlkin məlumata görə, sürücü yağışlı havada yolun sürüşkən olması səbəbindən idarəetməni itirib.
Qəza nəticəsində maşına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
***
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) qəza ilə bağlı məlumat yayıb.
Bildirilib ki, paytaxtın Suraxanı rayonu, Cəlal Qurbanov və Etibar Bəkirli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Yolayrıcında olan işıqforun qırmızı işığında keçən minik avtomobili əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə piyada işıqforuna çırpılıb.