Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
 
						Bakıdakı məşhur restoranlar cərimələndi 
							 - Siyahı
Əlavə olunub: 04.29.2025 | 10:29 | Baxılıb: 4171
Bakının məşhur restoranlarında havaya normadan artıq tullantı atan restoranlar cərimələnib.

“sirin.az” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat yayıb.

Bildirilib ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı “Xəmsə”, “Ağ Çiçəyim”, “Afrodita Palace”, “Arzu”, “Şahzadə”, “Leyla Plaza”, “Kolissa Hall”, “White Palace”, “Qızıl Qaya”, “Golden Baku”, “Baku Castle”, “Qəbələ-Xanlar”, “Xankəndi”,  “Çətir”, “Alaçatı Mood”, “Kafe Faiq”, “Tovuz Manqal”, “3 Mərtəbə”, “Sunrise” şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib: “Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və  hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı  qanunamüvafiq tədbirlər görülür”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.