Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakının bu ərazilərində qaz olmayacaq
 
						Bakının bu ərazilərində qaz olmayacaq
Əlavə olunub: 05.19.2025 | 19:52 | Baxılıb: 3106
Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində aparılacaq təmir-bərpa və quraşdırma işləri ilə əlaqədər olaraq mayın 20-si saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə “sirin.az”ya “Azəriqaz” İB-dən bildirilib.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Nizami küçəsinom, Ləhiş bağlarının, Maştağa qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin Suraxanı rayonu, Hövsan qəsəbəsinin O.Şabanov, E.Qasımov, R.Abdullayev, F.Bayramov, H.Quliyev, E.Məmmədov, İ.Əhlimanov, Dənizkənarı, Məktəbli, Bağça, İ.Məmmədov, Ş.Ziyadov, S,Qılmanov küçələri, Zeytun sovxozu, Quşçuluq, Sahil döngələri, Bağlar ərazisindəki istehlakçların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.