Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı - 37 heyvan tələf oldu
 
						Bakıya gələn qatar qoyun sürüsünə çırpıldı 
							 - 37 heyvan tələf oldu
Əlavə olunub: 05.13.2025 | 19:18 | Baxılıb: 5679
Bu gün səhər saatlarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarın qarşısına Zəyəm-Dəllər sahəsində nəzarət buraxılmış xırdabuynuzlu heyvan sürüsü çıxıb.

Bu barədə “sirin.az"in sorğusuna cavab olaraq ADY-nin mətbuat xidmətindən bildirilib.

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.

“ADY heyvan sahiblərinə bir daha müraciət edərək dəmir yolu ətrafında heyvanları nəzarətsiz buraxmamağa çağırır.

Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur” - məlumatda qeyd olunur.

Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində Şəmkir rayonunun Sabirkənd kənd sakini İbrahim Məmmədova məxsus 37 baş xırdabuynuzlu heyvan tələf olub.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.