Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bank kartlarından 20 mindən çox pul oğurlandı
 
						Bank kartlarından 20 mindən çox pul oğurlandı
Əlavə olunub: 05.22.2025 | 10:26 | Baxılıb: 1324
Ötən gün ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 6300, 4700, 2766, 2167, 1056, 1000, 624, 600, 450, 387, 300, 170, 100 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

“sirin.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik vətəndaşlara müraciət edərək bank kartı məlumatlarını digər şəxslərlə paylaşmamağı tövsiyə edir.

“Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, - xəbərdarlıqda qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.