Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Baş Prokurorluqdan 16 yaşlı Nuranənin ölümü ilə bağlı - Rəsmi açıqlama
 
						Baş Prokurorluqdan 16 yaşlı Nuranənin ölümü ilə bağlı 
							 - Rəsmi açıqlama
Əlavə olunub: 05.20.2025 | 20:29 | Baxılıb: 3811
Baş Prokurorluq Sabirabadda 16 yaşlı qızın qətlə yetirilərək Kür çayına atılması ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən “sirin.az”ya bildirilib ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.