Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bıçaqladığı sevgilisini evdə müalicə etmək istədi
 
						Bıçaqladığı sevgilisini evdə müalicə etmək istədi
Əlavə olunub: 06.05.2025 | 10:02 | Baxılıb: 1958
Bakıda sevgilisini bıçaqlayan kişi tutulub.

“sirin.az” xəbər verir ki, hadisə iyunun 2-də saat 21 radələrində qeydə alınıb. 1993-cü il təvəllüdlü R.Səfərov Nizami rayonunda kirayə yaşadıqları evdə sevgilisi M.Abbaszadəyə bıçaqla xəsarət yetirib.

Döş qəfəsindən daxilə nüfuz edən ağır xəsarət alan qadın R.Səfərovun istəyi ilə həkimə müraciət etməyib. Birgə razılığa əsasən, həkimə müraciət etmədən kişi M.Abbaszadəyə mənzildə tibbi yardım göstərib.

Amma qadın vəziyyətinin ağırlaşması səbəbindən iyunun 3-də Sabunçu Tibb Mərkəzinə müraciət edib.

Faktın üzə çıxması ilə Nizami RPİ-də cinayət işi başlanıb.

R.Səfərov şübhəli şəxs qismində tutulub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.