Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək - Sərəncam
 
						Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək 
							 - Sərəncam
Əlavə olunub: 05.09.2024 | 11:27 | Baxılıb: 6152
Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

“sirin.az” xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:

Eldarov Ömər Həsən oğlu

Əliyeva Böyük Xanım Həsənbala qızı

Həşimzadə Xanlar Allahverdi oğlu

İsrafilov Fərhad Ramazan oğlu

Məlikov Aqil Qədəşbala oğlu

Məmmədəliyeva Sevda Yusuf qızı

Mustafayeva Laləzar Bəşir qızı.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll eməlidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.