Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu ərazidə işıq olmayacaq
 
						Bu ərazidə işıq olmayacaq
Əlavə olunub: 05.14.2025 | 09:23 | Baxılıb: 2720
Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“sirin.az” xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində həyata keçirilən yenidənqurma işlərinə görə mayın 14-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Bakıxanov qəsəbəsində Yavər Əliyev küçəsi və dəmir yolu xəttinə yaxın yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.