Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu ərazilərdə qaz olmayacaq
 
						Bu ərazilərdə qaz olmayacaq
Əlavə olunub: 04.29.2024 | 21:15 | Baxılıb: 5706
“Alatava” QPS-də Tbilisi prospekti qaz xəttində, Kürdəmir” və “Sığırlı” ölçü qovşaqlarından qidalanan orta təzyiqli yeraltı qaz xətlərində, "Ordahal-Yardımlı” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və kəmərin 12,4-cü km-də yol keçidində futlyarın yenilənməsi, eləcə də “Masallı Sənaye” qaz ölçü qovşağı üzərində quraşdırılmış kollektorun girişində tənzimləyici qurğunun quraşdırılması ilə bağlı 30.04.2024-cü il tarixdə saat 09:00-dan "Kürdəmir” və “Sığırlı”, saat 10:00-dan isə “Masallı Sənaye”, "Əngəvül” ölçü qovşaqlarından və Tbilisi prospekti qaz xəttində qaz təchizatı dayandırılacaq.

“sirin.az” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Qeyd olunub ki, təmir işləri aparılan müddətdə Binəqədi (M.Ə.Rəsulzadə qəsəbəsinin Koroğlu, Üzeyir Hacıbəyov, Faiq Rüstəmov küçələri) və Masallı rayonlarının bir hissəsinin, Kürdəmir və Yardımlı rayonlarının isə tam olaraq qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.