Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib - Video
 
						Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib 
							 - Video
Əlavə olunub: 06.13.2025 | 02:38 | Baxılıb: 3029
Bakının Nizami rayonunda yerləşən Şahin Abbasov adına uşaq bağçasında antisanitar vəziyyət hökm sürür.

“sirin.az” xəbər verir ki, bağçada siçovullar masaların üzərində və yataq otaqlarında gəzir, mətbəx və sanitar qovuşaqda natəmiz vəziyyət yaranıb.

Bağçadakı vəziyyətdən valideynlər də narahatdır:

“Qapısı, istilik sistemi yoxdur. Evdən elektrik sobası gətirib qoymuşam ki, uşaqlar istilik sistemi ilə təmin olunsun”.

Təhsil müəssisəsinin azyaşlı sakinləri də dəfələrlə gəmiricilərlə rastlaşdıqlarını bildirirlər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, sözügedən uşaq bağçasında infrastrukturun yenilənməsi ilə bağlı aidiyyəti üzrə müraciət olunub. Məsələnin həlli istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulur.

Ətraflı ARB-nin videomaterialında:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.