Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Çimərlikdə batan gənclərin meyitləri tapıldı - Video - Yenilənib
 
						Çimərlikdə batan gənclərin meyitləri tapıldı 
							 - Video - Yenilənib
Əlavə olunub: 06.15.2025 | 13:10 | Baxılıb: 3828
Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfər batıb.

“sirin.az” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun axtarışları davam etdirilir.

***

“sirin.az"in məlumatına görə, 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 17 yaşlı gənclər Sədərək Ticarət mərkəzində işləyirmiş.

Hacıqabul və Cəlilabad rayonun sakini olan şəxslər orta məktəbdə təhsil almayıblar. Onların son zəngdən sonra dənizə gedərək boğularaq ölməsi barədə məlumatlar həqiqətə uyğun deyil.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.