Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Daha 2 güləşçimiz Paris-2024-ə lisenziya qazandı - Yenilənib
 
						Daha 2 güləşçimiz Paris-2024-ə lisenziya qazandı 
							 - Yenilənib
Əlavə olunub: 05.09.2024 | 21:33 | Baxılıb: 2221
Azərbaycan güləşçisi Murad Məmmədov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

“sirin.az” xəbər verir ki, yunan-Roma güləşçimiz bu uğura İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində nail olub.

60 kq çəkidə çıxış edən idmançımız yarımfinalda Razvan Arnautla (Rumıniya) qarşılaşıb. Məmmədov 8:2 hesabı ilə qalib gələrək Fransa paytaxtında iştirak hüququna yiyələnib.

Əvvəlki mərhələlərdə Aleksandrs Yurkyansla (Latviya) Kristofer Krameri (Almaniya) 10:1 və Mixal Tratsı (Türkiyə) 5:1 hesabı ilə məğlub edən pəhləvanımız İstanbuldakı yarışda Azərbaycan yığmasının ilk lisenziyasının sahibi olub.

Qeyd edək ki, bu gün Azərbaycan millisinin daha 2 güləşçisi Paris-2024-ə lisenziya üçün həlledici qarşılaşmaya çıxacaq.

***

Azərbaycanın daha iki güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Belə ki, 35 yaşlı yunan-Roma güləşçisi Rafiq Hüseynov (87 kq) buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub. O, yarımfinal mərhələsində gürcüstanlı Laşa Qobadzeyə qalib gəlib.

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Sabah Şəriəti də (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, yarımfinal mərhələsində rusiyalı Pavel Qlinçuka (AİN) qalib gəlib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.