Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Daha 2 məktəb direktoru cəzalandırıldı
 
						Daha 2 məktəb direktoru cəzalandırıldı
Əlavə olunub: 05.20.2025 | 12:57 | Baxılıb: 3815
Əmək fəaliyyətində yol verdikləri nöqsanlara görə iki məktəb direktoruna şiddətli töhmət verilib. 

“sirin.az” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektoru məlumat yayıb. 

“Əmək fəaliyyətində yol verdikləri nöqsanlara görə Bakı şəhəri 275 nömrəli tam orta məktəbin direktoru Elnur Hüseynova278 nömrəli tam orta məktəbin direktoru Sevinc Hüseynovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Gələcəkdə analoji hallara yol verəcəkləri təqdirdə barələrində daha ciddi intizam tənbeh tədbirinin tətbiq ediləcəyi nəzərlərinə çatdırılıb”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, mayda aparılan monitorinqlər nəticəsində çalışdıqları məktəblərdə yol verdikləri nöqsanlara görə 3 direktor vəzifəsindən azad olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.