“sirin.az” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində həlak olan 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanovun anası 69 yaşlı Bahar Niyaz qızı İmanova və 42 yaşlı qardaşı Ruslan Ağasəf oğlu İmanov yanğından sağ çıxıb.
Məlumata görə, onlar Bakıda yaşayır və həmin gün ailəyə qonaq gəliblərmiş.
Həmin şəxslər evin birinci mərtəbəsində yatdığından hadisədən tez xəbər tutub və yanğından xilas ola biliblər.