Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dövlət qurumunun avtobusu qəzaya düşdü - Foto+Yenilənib
 
						Dövlət qurumunun avtobusu qəzaya düşdü 
							 - Foto+Yenilənib
Əlavə olunub: 05.15.2025 | 17:15 | Baxılıb: 3078
Yevlaxda Şamaxı rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu qəzaya uğrayıb.

“sirin.az” xəbər verir ki, hadisə Yevlax rayon Nemətabat kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Ramin Qarayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu ilə hərəkətdə olarkən 1974-cü il təvəllüdlü Söhrab Süleymanovun idarə etdiyi “Niva” markalı minik maşını ilə toqquşub.

Nəticədə “Niva”da olan sürücünün 48 yaşlı həyat yoldaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən verilən məlumata görə, 15.05.2025-ci il tarixində saat 13:50 radələrində 5 nəfər (4 qadın cinsli, 1 kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərin müayinələri davam etdirilir. Hazırda 1 nəfərin vəziyyəti orta ağır, 4 nəfərin vəziyyəti isə stabildir.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.