Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Döyülərək öldürülən Elgünün dayısı danışdı - Video
 
						Döyülərək öldürülən Elgünün dayısı danışdı 
							 - Video
Əlavə olunub: 05.13.2025 | 21:00 | Baxılıb: 12861
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.

“sirin.az” xəbər verir ki, hadisə ilə bağlı Elgünün dayısı Baku TV-yə danışıb.

Mərhumun dayısının sözlərinə görə, Elgün döyülərək tanınmaz hala salınıb.

“Axşam bacım zəng edib ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb onun yanına girdik. Uşaq tanınmaz halda idi. Universitetə hazırlaşırdı, bizim ümidimiz idi. Davakar uşaq deyildi, oxumağa meyilli, çox savadlı idi”, – deyə o bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.