“sirin.az” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.
Toplantıda xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, MİT sədri İbrahim Kalın, Müdafiə Sənayesi sədri Haluk Görgün, Suriya xarici işlər naziri Esad Həsən Şeybani və bəzi digər rəsmilər də iştirak edib.
Görüş mətbuata qapalı keçirilib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Əhməd əş-Şaraanın müzakirə etdiyi məsələlər açıqlanıb.
Liderin 1,5 davam edən söhbəti zamanı ikitərəfli, regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparılıb.
Ərdoğan Türkiyənin bu günə qədər olduğu kimi, bundan sonra da Suriyanın yanında olmağa davam edəcəyini vurğulayıb.
Görüşdə həmçinin Suriyanın ərazi bütövlüyü məsələsinə də toxunulub və bu amilin qorunmasının, eləcə də ordunun vahid mərkəzdən idarə olunmasının zəruriliyinə diqqət çəkilib.
Ərdoğan Türkiyə ilə Suriya arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın enerji, müdafiə, nəqliyyat başda olmaqda bütün sahələrdə inkişafa davam edəcəyini qeyd edib.
Suriya Prezidenti də Ərdoğana sanksiyaların aradan qaldırılmasında göstərdiyi dəstəyə və səylərə görə təşəkkür edib.