Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əsir uşaqların aqibəti necə olacaq? - İstanbul görüşünün detalları
 
						Əsir uşaqların aqibəti necə olacaq? 
							 - İstanbul görüşünün detalları
Əlavə olunub: 06.02.2025 | 19:05 | Baxılıb: 1652
Rusiya İstanbuldakı danışıqlarda masada olan və razılığa gəlinən mövzuları açıqlayıb.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin müşaviri Vladimir Medinski məlumat verib.

Görüşdə müzakirə predmeti olan mövzuları təqdim edirik:

-Rusiya iki hissədən ibarət memorandumu Ukrayna tərəfinə təhvil verib. Ukrayna bunu qəbul edib;

- Həmin memorandumun ikinci hissəsində atəşi dayandırmaq üçün bir sıra yollar təklif olunur;

-Tərəflər “6000-in 6000-ə” prinsipi ilə meyitlərin mübadiləsi barədə razılıq əldə edib;

-Rusiya və Ukraynanın iki tərəfdən olan ağır xəstələri və yaralıları dəyişdiriləcək;

- Ağır yaralı hərbçilərin mübadiləsi üçün tibbi komissiyalar təşkil olunacaq, mübadilələr müntəzəm olacaq;

-Rusiya Ukraynaya cəbhənin müəyyən hissələrində 2-3 günlük atəşkəs təklif edib. Bu, bir növ humanitar atəşkəs sayıla bilər. Çünki beynəlxalq qanunlara görə, hərb meydanından meyitlərin toplanmasına imkan yaradacaq;

-Ukrayna Rusiyanın atəşi dayandırmaq təklifi üzərində işləyəcək;

-Əsir və itkin düşmüş uşaqlarla bağlı müzakirə aparılıb. Girov uşaqların ailələri ilə əlaqə qurulması üzrə iş aparılacaq. Ukraynanın köçürdüyü 339 uşağın adı açıqlanıb;

-Son vaxtlar Rusiya 101, Ukrayna tərəfi isə 20-yə yaxın əsir uşağı geri qaytarıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.