Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Evinə girib 26 yaşlı oğlanı bıçaqladı
 
						Evinə girib 26 yaşlı oğlanı bıçaqladı
Əlavə olunub: 05.23.2025 | 09:52 | Baxılıb: 1292
Dünən İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

“sirin.az” xəbər verir ki, rayon sakini 1963-cü il təvəllüdlü Kamran Abasov 26 yaşlı Seymur Umud oğlu Əhmədzadənin yaşadığı evə daxil olaraq onu bıçaqlayıb.

S.Əhmədzadə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

K.Abasov şübhəli şəxs qismində tutulub.

Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.