Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gədəbəyə dolu düşdü
 
						Gədəbəyə dolu düşdü
Əlavə olunub: 05.06.2025 | 17:00 | Baxılıb: 1577
Bu gün saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “sirin.az”ya verilən məlumata əsasən, ölkənin əksər rayonlarında yağıntılı hava şəraiti davam edir.

Naxçıvan, Şahbuz, Göygöl, Daşkəsən, Ağdam, Laçın, Şuşa, Kəlbəcər, Xankəndi, Qubadlı, Füzuli, Xocalı, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Balakən, Xınalıq, Altıağac, Zaqatala, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Kürdəmir, Hacıqabul, İmişli, Sabirabad, Lənkəran və Astarada arabir şimşək çaxır və leysan xarakterli yağış, Şahdağa isə qar yağır.

Gədəbəydə saat 14:42-14:45 radələrində diametri 4 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22, Aran rayonlarında 23, Naxçıvan MR-da 20, dağlıq rayonlarda 13 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin 7-si gündüzdən tədricən kəsiləcəyi, 8-i əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.