Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Gəncədə xəstəxanaya çatdırılan 2 yaşlı uşaq öldü - Yenilənib
 
						Gəncədə xəstəxanaya çatdırılan  2 yaşlı uşaq öldü 
							 - Yenilənib
Əlavə olunub: 06.06.2025 | 10:54 | Baxılıb: 1784
Gəncədə azyaşlı xəstəxanada ölüb.

“sirin.az” xəbər verir ki, hadisə Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasında baş verib.

Şəmkir rayonundan gətirilən 2 yaşlı oğlan uşağının xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam edir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 12:10 radələrində 2023-cü il təvəllüdlü şəxs (kişi cinsli) aqonal vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, anadangəlmə metobolik xəstəlik, pnevmoniya, ağciyər çatışmazlığı səbəbindən azyaşlının saat 21:50 radələrində ölüm faktı qeydə alınıb.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.