Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Haribo"in tərkibində narkotik var? - Məhsullar geri çağırılır
 
						“Haribo
Əlavə olunub: 06.03.2025 | 00:04 | Baxılıb: 3857
Niderlandda bir ailənin bir neçə üzvü 1 kiloqramlıq “Haribo Happy Cola F!ZZ” marmeladlarını yedikdən sonra özlərini pis hiss etdikləri üçün həkimə müraciət ediblər.

“sirin.az” xəbər verir ki, bu haqda Niderlandın Qida Təhlükəsizliyi Təşkilatının rəsmisi (NVWA) məlumat verib.

Onun sözlərinə görə, bu hal təkcə həmin ailədə deyil başqalarında da müşahidə edilib.

Onlarda əsasən başgicəllənmə və halüsünasiya şikayətləri olub.

Məhz bundan sonra qidadan nümunələr götürülüb və onun sirri tapılıb.

Araşdırmanın nəticəsi kimi, məhsulun 3 qablaşdırılmasında narkotik tərkibli maddə olması öz təsdiqini tapıb.

Məsələ ilə bağlı “Haribo” bildirib ki, ehtiyat tədbiri olaraq Niderlanddakı bütün məhsullarını geri çağırıb.

Belçika Qida Agentliyinin sözçüsü Lizbet Van de Vorde isə “Euronews”a bildirib ki, “Haribo” bunu ehtiyat tədbiri kimi Belçikada da həyata keçirib.

O qeyd edib ki, indiyə qədər Belçikada şirniyyatları yedikdən sonra insanların pisləşməsi ilə bağlı heç bir məlumat daxil olmayıb:

“Biz bu məqsədlə istehlakçılar üçün qaynar xətt yaratmışıq və Belçikada problemlə bağlı heç bir xəbər almamışıq.

Bununla belə, insanlara geri çağırılan şirniyyatları yeməmək, istehlak halında dərhal həkimə müraciət etmək tövsiyə olunur”.

Qeyd edək ki, sözügedən məhsul Azərbaycanda da istehlakçılar tərəfindən çox sevilir. “Haribo"in bütün növləri uşaqdan böyüyə hər kəsə məlumdur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.