“sirin.az” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
“Bir neçə gün bundan öncə sel suları nəticəsində Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrliyində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik körpünün 4 nömrəli dayağının şaquli oxdan çıxaraq əyilməsi prosesi baş verib.
Dərhal körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb və körpüdə bərpa işlərinə başlanılıb. İşlər artıq yekunlaşdığından körpü ilə hərəkət bərpa olunub.
Qısa müddət ərzində sözügedən körpünün yanında yeni avtomobil körpüsünün inşasına da start veriləcək”, - açıqlamada bildirilib.