Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Həmkəndlilərin mübahisəsi qanla bitdi, ölən var
 
						Həmkəndlilərin mübahisəsi qanla bitdi, ölən var
Əlavə olunub: 05.31.2025 | 13:17 | Baxılıb: 2562
Kürdəmirdə həmkəndlilər arasında mübahisə birinin ölümü ilə nəticələnib.

“sirin.az” xəbər verir ki, hadisə ötən gün Sığırlı kəndində baş verib.

Kənd sakini 1966-cı il təvəllüdlü Hafiz Çümşüd oğlu Nuriyev həmkəndlisi Fəqan Əzizov tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan şəxs elə hadisə yerində ölüb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fəqan Əzizov saxlanılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.