“sirin.az” xəbər verir ki, bu haqda Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
“Diplomatik korpusla Laçına səfərimiz Azərbaycan Hava Yollarının “Bakı-Laçın” birbaşa reysi ilə başlayıb, Laçın-Şuşa avtobusu ilə davam edib. İndi isə Ağdam-Bakı dəmir yolu xətti ilə Bakıya qayıdırıq”, - deyə o, paylaşımda bildirib.
Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelər qrupu Qarabağ və Şərqi Zəngəzur regionuna 2 günlük ediblər.