Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Kürdən Aytacla yanaşı daha 2 nəfərin meyiti tapıldı
 
						Kürdən Aytacla yanaşı daha 2 nəfərin meyiti tapıldı
Əlavə olunub: 05.15.2025 | 12:58 | Baxılıb: 6642
Xəbər verdiyimiz kimi, Gürcüstanda aprelin əvvəlindən itkin düşən həmyerlimiz Aytac Məmmədovanın meyiti Tbilisidə Kür çayından tapılıb.

“sirin.az"in “Rustavi 2” telekanalına istinadən məlumatına görə, xilasedicilər axtarış əməliyyatı zamanı Kürdən daha 2 nəfərin meyitini aşkar edərək çıxarıb.

Bildirilib ki, həmin iki nəfər dünən qəza nəticəsində Kürə düşən maşının içərisində olanlardır. Hadisə zamanı avtomobildə 4 nəfər olub, onlardan biri özünü ataraq xilas ola bilib.

Hazırda digər bir şəxsin axtarışları davam etdirilir. 

Qeyd olunub ki, axtarış zamanı çaya düşən avtomobil də tapılıb. Axtarış əməliyyatı üçün isə Kürdə suyun səviyyəsinin endirildiyi də vurğulanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.