Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Lənkəranda qəza - 5 nəfər xəstəxanalıq oldu - Foto
 
						Lənkəranda qəza 
							 - 5 nəfər xəstəxanalıq oldu - Foto
Əlavə olunub: 06.10.2025 | 17:22 | Baxılıb: 1440
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

“sirin.az” xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində Lənkəranın Havzava kənd sakinləri - 1976-cı il təvəllüdlü Kəsirə Sabir qızı Xudaverdiyeva, 1984-cü il təvəllüdlü Kərim Mərhəmət oğlu Əliyev, 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Yaralılara ilkin tibbi yardım göstərilib və xəstəxananın müvafiq şöbələrinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.