Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Lənkəranda zəncirvari qəza - Fotolar
 
						Lənkəranda zəncirvari qəza 
							 - Fotolar
Əlavə olunub: 05.16.2025 | 09:16 | Baxılıb: 1787
Ötən axşam Lənkəran şəhərində yol qəzası baş verib.

“sirin.az” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, prospektdə “Vaz-21015” və “Mercedes” markalı avtomobillər toqquşub.

Qəzada yol kənarında dayanan daha iki avtomobilə də ciddi ziyan dəyib, həmçinin hasar dağılıb.

Hadisə nəticəsində 1991-ci il təvəllüdlü Əkbər Əlizadə və 1982-ci il təvəllüdlü Xəyalə Mustafayeva xəsarət alıb. Onlara rayon xəstəxanasında ilkin tibbi yardım göstərilib. Vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.