Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Liseyin qarşısında dava-dalaş salan “parkovşik”ə - Bu cəza verildi
 
						Liseyin qarşısında dava-dalaş salan “parkovşik”ə 
							 - Bu cəza verildi
Əlavə olunub: 06.03.2025 | 13:49 | Baxılıb: 2756
Bakıda ictimai asayişi pozan şəxs inzibati məsuliyyətə cəlb edilib.

“sirin.az"in əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonunda, “Evrika” liseyinin qarşısında qeydə alınıb.

Belə ki, F. Musayev küçəsindəki kioskun qarşısında çay içən şəxslə orada parklanmaya qeyri-qanuni nəzarət edən 1994-cü il təvəllüdlü F. Məmmədov arasında mübahisə yaranıb. Bu zaman sərxoş halda olan F. Məmmədov dəmir parçası ilə qarşı tərəfə hücum edib və səs-küy salaraq ictimai asayişi pozub.

Hadisə yerinə yaxınlaşan polis əməkdaşları onu saxlayaraq Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə aparıblar. O, izahatında bildirib ki, Mayıl adlı şəxs onu kioskun qarşısından qovduğu üçün əsəbiləşərək mübahisə yaradıb.

Barəsində inzibati protokol tərtib edilən “parkovşik”lə bağlı iş Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 15 sutkalıq inzibati həbs verilib.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.