Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mahir Şirvanovun cəzası bir il azaldıldı
 
						Mahir Şirvanovun cəzası bir il azaldıldı
Əlavə olunub: 05.14.2025 | 12:51 | Baxılıb: 1561
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə cinayəti ilə bağlı məhkum edilmiş polkovnik Mahir Şirvanovun cəzası azaldılıb.

“sirin.az"in əldə etdiyi məlumata görə, Ali Məhkəmə belə qərar çıxarıb.

Üst instansiya məhkəməsi Şirvanovun kassasiya şikayətini qismən təmin edib. Onun cəzası 6 ildən 5 ilə endirilib.

Xatırladaq ki, 143 milyonluq cinayətin üstü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaqla açılıb. Yeyintiyə görə general-mayor Nizami Məmmədov da daxil olmaqla, çoxsaylı zabit cinayət məsuliyyətinə cəlb edilib.

Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Mahir Şirvanov da daxil olmaqla, üç polkovnikə üzərlərinə düşən ziyanı ödədikləri üçün sanksiya həddindən aşağı cəza verilib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.