Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Maşın kanala aşdı, 5 nəfər yaralandı - Foto
 
						Maşın kanala aşdı, 5 nəfər yaralandı 
							 - Foto
Əlavə olunub: 06.07.2025 | 14:01 | Baxılıb: 1836
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

“sirin.az” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.

Belə ki, “Ford” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı kanala aşıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub.

Maşında olan 6 nəfərdən (4 qadın, 2 kişi) 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onlardan 3-ü ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.