Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Mingəçevirdə iki məktəblini maşın vurdu - Foto
 
						Mingəçevirdə iki məktəblini maşın vurdu 
							 - Foto
Əlavə olunub: 06.02.2025 | 19:58 | Baxılıb: 2668
Mingəçevirdə yolu keçmək istəyən iki məktəblini maşın vurub.  

“sirin.az"in xəbərinə görə, yol nəqliyyat hadisəsi şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

“KİA” markalı avtomobilin iştirakı ilə baş vermiş qəza zamanı 2008-ci il təvəllüdlü  Ədalət Nəzirli və onun həmyaşıdı Murad Məmmədli müxtəlif dərəcəli xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Qeyd edək ki, Ə.Nəzirli və M.Məmmədli 11-ci sinif şagirdləridir.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.